Ukraynaya qarşı döyüşən yevlaxlı general kimdir? - VİDEO

8 Aprel 2023 14:50 Araşdırma 4 227
Ukraynaya qarşı döyüşən yevlaxlı general kimdir? - VİDEO

Ukraynada müharibə aparan Rusiya ordusunun generalları arasında azərbaycanlı da var.

Bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.

Jurnalist Ukraynaya qarşı döyüşən azərbaycanlı general haqda sosial şəbəkə (Feysbuk) hesabında yazır:

“Ukraynada müharibə aparan Rusiya ordusunun generalları arasında soydaşımız da var. O, 58 yaşlı general-mayor Bəxtiyar Qara oğlu Nəbiyevdir.

1965-ci ilin avqustun 22-də Yevlax rayonunun Axşam (Əxşam) kəndində doğulmuş Nəbiyev 1984-cü ildən hərbi xidmətdədir. 1988-ci ildə Rusiyanın Kamenetsk-Podolsk şəhərindəki mühəndis qoşunları marşalı V.K.Xarçenko adına Ali Hərbi Mühəndis Komanda məktəbini bitirib.

1994-1997-ci illərdə Mühəndis Qoşunları Hərbi Akademiyasında oxuyub.

1997-ci ildə Rusiyanın Şimali Qafqaz Hərbi Dairəsinin mühəndis qoşunlarında xidmətə başlayıb. 2000-ci illərinə vvəlində 58-ci ümumqoşun ordusunun mühəndis qoşunlarının rəisi olub. İkinci Çeçenistan Savaşının iştirakçısıdır. 2004-cü ilin 1-3 sentyabrında Beslanda girovların azad olunmasında iştirak edib.

Beslandakı məktəbin idman zalında quraşdırılmış partladıcı qurğuları zərərsizləşdirmək üçün binaya ilk girən hərbi mühəndislər və sapyorlar arasında polkovnik Bəxtiyar Nəbiyev də vardı.

2005-2007-ci illərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərarhanının Hərbi Akademiyasında dinləyici olub.

2007-2011-ci illərdə Şimali Qafqaz Hərbi Dairəsinin mühəndis qoşunlarını rəisinin birinci müavini, 2011-2014-cü illərdə Cənub Hərbi Dairəsinin qərargah rəisinin müavini, 2012-cü ilin iyulundan 2015-ci ilin dekabrınadək Cənub Hərbi Dairəsinin 12-ci ehtiyat qoşunlarının komandanı olub, 2018-ci ildən bəri isə Qərb Hərbi Dairəsinin mühəndis qoşunlarının rəisidir.

Rusiyanın Suriyada apardığı hərbi əməliyyatların iştirakçısıdır.

Rusiya Silahlı Qüvvələrinin mühəndis qoşunlarının inkişaf və modernləşmə konsepsiyasının müəlliflərindən biridir.

13 medal və 5 ordenlə təltif olunub”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti