Hücum üçün ordu yaradılır - Məxfi məlumat sızdı

8 Aprel 2023 15:30 Araşdırma 5 849
Hücum üçün ordu yaradılır - Məxfi məlumat sızdı

ABŞ və NATO-nun qarşıdan gələn əks-hücumdan əvvəl Ukrayna ordusunu təchiz etmək planının təfərrüatları olan məxfi hərbi sənədlər mediaya sızıb.

Bu barədə “Nyu-York Tayms” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Hazırda Pentaqon sızmanın arxasında kimin ola biləcəyini araşdırır.

Nəşr qeyd edib ki, ABŞ hökuməti sənədləri dərhal yığışdırmaq üçün çalışsa da, bunu edə bilməyib.

“Yayılan məlumatlardan xəbərdarıq. Nazirlik məsələni araşdırır”, - Pentaqonun rəsmi nümayəndəsi Sabrina Sinq deyib.

Sənədlərdə hərbi əməliyyat üçün konkret planlar - Ukraynanın necə, nə vaxt və haradan hücuma keçmək niyyəti yoxdur. Bununla belə, sənədlərdə Silahlı Qüvvələrin martın 1-nə qədər olan ehtiyacları barədə məlumat var.

“Rus hərbi planlaşdırıcıları, sahə generalı və ya kəşfiyyat üçün bu sənədlərdə çox cəlbedici ipucu yer alıb. Sənədlərdə, məsələn, HIMARS sursatının istehlak həcmi qeyd olunur. Pentaqon bu məlumatları heç vaxt ictimaiyyətə açıqlamayıb, amma sənədlərdə bu məlumatlar var”, - nəşr yazır.

Təhlilçilər nəşrə bildiriblər ki, sənədlərin bəziləri orijinal görünür və Rusiyaya silah və qoşunların çatdırılması qrafikləri, yeni yaradılmış Ukrayna bölmələrinin sayı və digər hərbi detallar barədə dəyərli məlumat verə bilər.

Nəşr vurğulayıb ki, “tam məxfi” etiketli sənəddə martın 1-nə münaqişənin vəziyyəti ilə bağlı məlumatlar yer alır.

Sənəddə hazırda formalaşmaqda olan 12 döyüş briqadası haqqında qısa məlumat var, onlardan 9-u ABŞ və NATO tərəfindən hazırlanıb və təchiz olunub. Bu 9 briqadadan 6-sı martın 31-nə qədər hazırlıq halına gətirilib, qalanlarının hazırlığı isə aprelin 30-na kimi başa çatdırılacaq.

Analitiklərin hesablamalarına görə, Ukrayna briqadalarının hər biri 4-5 min hərbçidən ibarət olacaq.

Mənsur Rəğbətoğlu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti