Aprelin 8-də gözlənilən hava şəraiti - 22° isti olacaq

7 Aprel 2023 21:50 Araşdırma 669
Aprelin 8-də gözlənilən hava şəraiti - 22° isti olacaq

Aprelin 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometrologiya Xidmətindən verilən məlumata görə, sabah havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Cənub-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-19° isti, atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?