Mahir Şükürov nəyi yalan danışıb? - YENİ FAKT

17 Mart 2023 17:00 Araşdırma 1 811
Mahir Şükürov nəyi yalan danışıb? - YENİ FAKT

Milli komandamızın sabiq müdafiəçisi Mahir Şükürov gündəmi yenidən qarışdırıb.

Ölkənin əsas yığmasında 78 oyun keçirmiş veteran futbolçu dəfə "TikTok"da aləmi bir-birinə vurub.

Belə ki, o, AFFA rəhbərliyinin federasiyanın mühafizə xidmətində çalışan şəxsə "B" kateqoriyalı məşqçi lisenziyası verdiyini, ondan isə kursa yazılmasını istədiyini açıqlayıb.

Şükürov tərcüməçi olmuş Osman Rəhimovun təlimatçı olduğu seminara qatılmağı özünə yaraşdırmadığını da dilə gətirib.

Amma redaksiyamıza məsələ ilə bağlı yeni bilgilər daxil olub.

Sən demə Şükürov Osman Rəhimovun təlimatçı olduğu kursa bir müddət əvvəl yazılıbmış.

O, hətta "Ondan dərs alacam?" dediyi adamın 2 dərsində iştirak da edib. Amma növbəti dərslərə gəlməkdən boyun qaçırıb.

Səbəb kimi isə vaxtının olmadığını göstərib.

Və əlavə edib ki, belə şeylər mənlik deyil.

Xatırladaq ki, Mahir Şükürov Azərbaycan millisinin şərəfin 78 oyunda qoruyub. Buna görə ona "C" kateqoriyası heç bir şərt tələb olunmadan verilib.

Amma onun digər kateqoriyaları alması üçün kurslarda iştirak etməsi, imtahanlardan keçməsi vacibdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti