
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XXVI turunda yaşananlara hüquqi qiymət verilib.
“Kəpəz” - “Zirə” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib. Oyun günü planının pozulmasına görə “Kəpəz” 800 manat cərimələnib.
“Turan Tovuz” - “Qəbələ” oyununda ev sahibi komandanın azarkeşləri tərəfindən meydançaya yad əşya (alışqan) atıldığına görə Tovuz klubu 1600 manat cərimə olunub.