Rusiyanın Qarabağa buraxdığı İran casusları

5 Dekabr 2022 02:10 Araşdırma 431
Rusiyanın Qarabağa buraxdığı İran casusları

Xəbər verildiyi kimi, Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar öz mandatlarına zidd daha bir addım atıblar.

Onlar tərəfindən Qarabağ ərazisində 14 xarici ölkə vətəndaşının keçidi təmin olunub.

Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxslərin hamısı İran (!) vətəndaşıdır. Özü də onlardan 12-si xeyli erməninin yaşadığı Huzestan vilayətinin İzeh şəhərindəndir.

O da bəlli olub ki, həmin 14 nəfər noyabrın 24-də günorta saat 13-14 radələrində 34-QA-444 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə sülhməramlıların postundan keçərək Xankəndinə gəliblər. Bildirilir ki, İzeh şəhərində terror və təxribat üzrə ixtisaslaşmış İran xüsusi xidmət orqanlarının məxfi bazası yerləşir. Yəni Xankəndinə gələn “əcnəbilərin” İran xüsusi xidmət orqanlarının əməkdaşları olduğuna şübhə yoxdur.

Əldə olunan digər məlumata görə, iranlılar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki erməni qeyri-qanuni silahlı birləşmələrinə terror-təxribat təlimləri keçmək məqsədi ilə gəliblər. Onların Qarabağda terrorçu qruplaşmalara İran istehsalı olan silahlardan istifadə etmək üçün təlim keçə biləcəyi də bildirilir. Odur ki, Azərbaycan komandoslarının hərəkətə keçməsi üçün əsl vaxtdır.

Əlavə edək ki, Bakı ilə İrəvan arasında şifahi anlaşma var ki, Laçın yolu ilə Qarabağa yalnız Ermənistan vətəndaşı olan sadə vətəndaşlar və Qarabağdakı mülki erməni əhali gedib-gələ bilər, nəinki vəziyyəti qarışdırmaq istəyən erməni kriminal və siyasi elementlər, həmçinin üçüncü ölkə vətəndaşı olan təxribatçılar. Buna nəzarət eləmək isə Rusiya “sülhməramlı” kontingentinin bilavasitə borcudur.

İlham İsmayıl: Qarabağ savaşının Mixaylosu - Bayrağa qurban gedənlər...

İlham İsmayıl

Təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Laçın yolu ilə Qarabağa 14 nəfər İran vətəndaşının qanunsuz buraxılmasının təsbit olunmasının özü Azərbaycanın müvafiq güc strukturlarının bu istiqamətdə işlədiyi deməkdir: “Hansı məqsədlə keçmələrindən asılı olmayaraq Azərbaycan bu faktı aşkara çıxarıbsa, bunun özü bir iş deməkdir. Bu barədə məlumat əldə olunması o deməkdir ki, bunun ardınca əlavə tədbirlərə də əl atıla bilər. Buna imkanlarımız var. İnformasiyanın bu cür yayılması, qanunsuz gətirilən İran vətəndaşlarının məhz İrandakı erməni mənşəli əhalinin çox yaşadığı şəhərdən olduqları o deməkdir ki, bəlkə də həmin şəxslər ermənidirlər. Hətta şübhələr var ki, o şəxslər diversiya qrupudur, xüsusi təlim keçmiş adamlardırlar, Azərbaycana qarşı fəaliyyət göstərmələri üçün hazırlanıblar.

İranın mövqeyi bu şəkildə özünü göstərir ki, bu işin arxasında İran dövləti dayanır. Təkcə Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti yox, diplomatiya da belə vəziyyətdə çox ciddi hərəkətə keçməlidir. Xarici ölkələrin vətəndaşları Laçın yolundan Qarabağ keçir. Ona görə də ilk növbədə o yola Azərbaycanın müvafiq güc strukturlarının nəzarətinin təmin olunması üçün Rusiya ilə ciddi müzakirələr aparılmalıdır. O yolda sərhəd nəzarət buraxılış məntəqəmiz olmasa, orada vəziyyət get-gedə çətinləşəcək. Ermənistandan, İrandan və başqa ölkələrdən terrorçu qruplar, diversantlar, ideoloji təxribatçıların Qarabağ daşınması baş verə bilər. İrandan 14 nəfərin Qarabağa gəlməsi təsadüfi İran vətəndaşlarının təşəbbüsü deyil, İran dövlətinin təşəbbüsüdür. Belə halların qarşısının almağın yolu mütləq Laçın yolunda nəzarətimizin təmin olunmasıdır".

Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə QAYITDI

Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirdi ki, Qarabağa qanunsuz gətirilən həmin 14 iranlı kənd təsərrüfatı mütəxəssisi deyil, onlar erməni separatçılarına lokal toqquşmalarda dəstək vermək, hərbi texnikaları idarə etmək üçün gətirilən terrorçu qrupların üzvləridir: “Həmin şəxslər müxtəlif qanunsuz silahlı birliklərdə döyüş təcrübəsi keçənlərdir. Azərbaycanın xarici işlər naziri deyib ki, son vaxtlar ərazidə 320 mina aşkarlanıb və həmin minalar 2021-ci il istehsalıdırlar. Bu da o deməkdir ki, minalar yeni basdırılıb. O minaları basdıranlar təkcə ermənilər deyil, eyni zamanda xaricdən bölgəyə gətirilən terrorçulardır.

Artıq məlum olur ki, Laçın yolu vasitəsilə Qarabağa təkcə silahlar deyil, terrorçular da daşınır. Bu bəla gün-gündən böyüyür. Ona görə də Azərbaycan təcili surətdə o yola nəzarəti təmin etməlidir. Laçın yoluna Azərbaycanın müvafiq orqanlarının nəzarəti mütləq olmalıdır. Biz bunu təcili etməsək, yaxın gələcəkdə çox böyük problemlərlə üz-üzə qalacağıq. Azərbaycan beynəlxalq qurumlardan, Rusiyadan yaxşı nəsə gözləmək özümüz özümüzü aldatmaq deməkdir. Rusiya Müdafiə Nazirliyinə az qala hər gün Azərbaycan Müdafiə Nazirliyi toponimlərimizin saxtalaşdırılmasına son qoyulmasına çağırışı edir. Lakin qarşı tərəf bu çağırışları vecinə almır. Bir tərəfdən də ərazilərimizə terrorçular daşınır. Vəziyyət get-gedə çox pis istiqamət alır.

Azərbaycan silahlı qüvvələrinə bölgədə nəzarəti ələ almaq üçün əmr verilməlidir. Silahlı qüvvələrimizin bu əmri həyata keçirməyə kifayət qədər gücü var. Ruben Vardanyana Azərbaycan ərazisini tərk etməsi üçün vaxt qoyulmalıdır və açıq bildirilməlidir ki, bu vaxt ərzində ərazimizi tərk etməyəcəksə, ya həbs ediləcək, ya da zərərsizləşdiriləcək. DTX, Müdafiə Nazirliyi, Daxili Qoşunlar bu işlərdə birlikdə hərəkət etməlidir".

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Politoloq Asif Nərimanlı isə bildirib ki, 10 noyabr razılaşmasından sonra verilən açıqlamalardan belə nəticəyə gəlmək olurdu ki, Qarabağa Ermənistan və Rusiya vətəndaşlarının girişinə müəyyən qədər şərait yaradılması razılığı olub, lakin bu daha çox humanitar məqsədli səfərlərə aiddir: “Digər ölkə vətəndaşları mütləq şəkildə Bakıdan icazə almalıdır. İlk gündən sülhməramlılar buna əməl etmədilər. Zaman-zaman təkcə Rusiya və Ermənistandan yox, digər ölkələrdən də müxtəlif adlar altında Azərbaycan ərazisinə qanunsuz səfərlərə şərait yaradıldı. İctimaiyyətin bildiyi ölkələr arasında Fransa xüsusilə seçilir, bu ölkənin sonuncu prezident seçkilərində Xankəndində təbliğat kampaniyası aparan namizədləri də var idi. Lakin indi 14 İran vətəndaşının qanunsuz gəldiyi bəlli olub. Və bunların xüsusi xidmət orqanlarının əməkdaşları, yaxud digər müvafiq təyinatlı şəxslər olması haqda məlumatlar var. Bu, həm də Qarabağ üzərində oyun quranların sayının az olmadığına işarədir. Azərbaycan Laçın yoluna nəzarət üçün lazım olan bütün addımları atmalıdır”.

P.S. Yazı hazırlanarkən Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların Azərbaycan ərazisinə keçidini təmin etdikləri İran terror-təxribat qrupunun üzvlərinin ad və soyadları məlum oldu. Onların siyahısı teleqram kanallarında yayılıb:

Mohmadi Vahab Mehr Əli;

Heydari Abdullah Alah Ram;

Mohmadi Dariuş Avaz;

Əmiritolmarani Elza Məhəmməd;

Fərzad Nader Salahşuri Douraki;

Məhəmməd Aref Hosseyn;

Almasian Nejad Ebrahim Mohammad;

Mohmadi Abdollah Mehr Əli;

Mohmadi Nəsrullah Mehr Əli;

Safari Hosseyn Hatəm;

Kuravand Taxt Kerrot Əlişir Hüseyn;

Məhəmməd Omid Mehr Əli;

Məhəmmədi Muxtar Bar Əhməd;

Salahşuri Douraki Kəramət Nader.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!