UEFA "Olimpiakos"la "Qarabağ"ı araşdırdı, açdı sandığı, tökdü pambığı...

28 Sentyabr 2022 16:20 Araşdırma 7 386
UEFA "Olimpiakos"la "Qarabağ"ı araşdırdı, açdı sandığı, tökdü pambığı...

UEFA-nın rəsmi saytı Avropa Liqasının oktyabrın 6-sı keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı ilə bağlı yazı hazırlayıb.

Sportinfo.az xəbər verir ki, yazıda bu iki klubun bir-birinin ölkə futboluna əlaqələrindən bəhs edilir.

"Olimpiakos"un 2021-ci ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"yə hər iki görüşdə 1:0 hesabı ilə qalib gəldiyi xatırladılıb.

2016/17 mövsümü Avropa Liqasının qrupunda isə "Qarabağ"ın PAOK-la görüşdüyü və hər iki matçda rəqibini məğlub etdiyi (evdə 2:0, səfərdə 1:0) qeyd olunub:

"PAOKyeganə komanda idi ki, "Qarabağ" ona bir mövsümdə hər iki matçda qalib gələ bilmişdi".

Futbolçuların hazırkı rəqibləri ilə münasibətlərinə gəlincə, yazıda qeyd edilir ki, hazırda "Qarabağ"da çıxış edən Marko Yankoviç 2013-cü ildə, 18 yaşında ikən "Olimpiakos"la müqavilə imzalayıb.

Yankoviç 2013/14 mövsümündə "Olimpiakos"la UEFA Gənclər Liqası yarışında oynayıb. Amma o, əsas komandada bir oyun belə keçirməyib.

"Olimpiakos"un müdafiəçisi Sokratis Papastatopulos isə "Arsenal"da (London) oynadığı vaxtda "Qarabağ"a qol vurub. Bu, 2018/19 mövsümünün Avroliqanın Bakıda keçirilən qrup matçında (3:0) baş verib.

Elə həmin mövsümün final oyununda isə Papastatopulos yenidən Bakıya gəlib və "Çelsi" ilə görüşdə (1:4) iştirak edib.

Hazırda "Olimpiakos"da icarə qaydasında çıxış edən Konrad de Fuente də ötən mövsüm "Marsel"də oynadığı dövrdə "Qarabağ"a qol vurub.

ABŞ millisinin üzvü pley-off mərhələsində komandasının Bakıdakı matçda Ağdam klubunun qapısından keçiridiyi sonuncu qolun müəllifi olub.

O dövr "Marsel"də çıxış edən, hazırda isə "Olimpiakos"un formasını geyinən konqolu Sedrik Bakambu da "Qarabağ"la oyunlarda iştirak edib.

"Olimpiakos"un digər oyunçusu Harri Rodriges isə PAOK-da çıxış etdiyi vaxtlarda "Qarabağ"a qarşı oynayıb (2016-17 mövsümü).

Şime Vrsalko ("Olimpiakos") və Filip Ozobiç ("Qarabağ") isə Zaqreb "Dinamo"sunun akademiyasında bir yerdə çıxış ediblər (2006-2008-ci illər).

Digər Xəbərlər
Xəbər Lenti