“Real“ın lider olduğu yerdə “Qarabağ” mövqeyini əldən vermədi

13 İyun 2022 13:20 Araşdırma 1 403
“Real“ın lider olduğu yerdə “Qarabağ” mövqeyini əldən vermədi

Avropanın top komandalarının iyun reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda qitənin 450 ən güclü klubu yer alıb.

Azərbaycan reytinqdə üç komanda ilə təmsil olunub. Premyer Liqanın çempionu “Qarabağ” ölkəmizin ən yaxşı təmsilçisidir.

Qurban Qurbanovun yetirmələri 183 xala malikdir. Ağdam klubu 80-ci yerdəki mövqeyini qoruyub.

“Neftçi” 3 pilləlik irəliləyişə nail olub. Samir Abasovun komandası 33 xalla qitədə 214-cüdür. İki addım yüksələn “Qəbələ” 5 xalla 370-ci sırada qərarlaşıb.

Siyahıya 2211 xala malik “Real” başçılıq edir. “Bavariya”nın 1695, “Liverpul”un 1645 xalı var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti