Rusiyanın 120 günlük müharibə planı var - Kəşfiyyat

12 İyun 2022 13:30 Araşdırma 1 087
Rusiyanın 120 günlük müharibə planı var - Kəşfiyyat

Rusiyanın Ukraynada 120 günlük müharibə planı var və sonrakı düzəlişləri şərqdəki uğurdan asılı olacaq.

Bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski verib.

“Rusiyanın Baş Qərargahı cəbhədəki uğursuzluqlar səbəbindən hər 30 gündən bir hədəflərində dəyişikliklər edir. Bununla belə, işğalçıların hələ də dövlətimizə qarşı uzunmüddətli müharibə aparmaq potensialı var.

Rusların 120 günlük müharibə planı olması barədə məlumatları təsdiqləmişik. Bu planın sonrakı korreksiyası düşmənin nə qədər uğurlu olmasından və ya əksinə, Ukraynanın şərqindəki vəziyyətdən asılı olacaq. Lakin Putinin müharibənin əvvəlində elan etdiyi xüsusi hərbi əməliyyat adlanan məqsədə ruslar nail ola bilmədi”, - Skibitski qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i