Millimiz onlara baxıb şükür də edə bilər

12 İyun 2022 00:30 Araşdırma 1 064
Millimiz onlara baxıb şükür də edə bilər

Millətlər Liqasının 2022/23 mövsümündə postsovet məkanını təmsil edən 10 ölkə mübarizə aparır.

Sportinfo.az xəbər verir ki, onlardan heç biri A liqasında yer almayıb.

C liqasında daha çox – 5 komanda keçmiş SSRİ-ni təmsil edirsə, D liqasında 3, B liqasında 2 belə yığma var.

Hərçənd Rusiya da burada iştirak etsəydi bu rəqəm də 3 olacaqdı. Lakin komanda yarışlardan kənarlaşdırıldığından B liqasında 2 postsovet təmsilçisi qalıb.

Bu 10 yığmadan yalnız ikisi autsayderdir. Daim uğursuz çıxış edən Azərbaycan millisi və Litva öz qruplarında sonuncu yerdədir.

Hər iki komanda C liqasında oynayır. Bu yığmalar D liqasına yuvarlanmamaq uğrunda pley-offda oynamağa əsas namizədlərdəndir.

Millimiz Litvaya baxıb şükür də edə bilər. Baltikyanı ölkə təmsilçisinin hesabında xal da yoxdur. Yığmamız kimi qola həsrət qalan litvalıların son pillədən qurtulması heç inandırıcı da görünmür.

Komandamızın qrupdakı rəqibi Belarus da təhlükəli zonada – 3-cü yerdə qərarlaşıb.

Digər postsovet məkanı təmsilçiləri isə daha yüksək liqaya yüksəlmək üçün mübarizə aparır. İlk iki sırada yer almaq da bunun təsdiqidir.

qrup

komanda

O

Q

H

M

T/F

X

yer

B1

Ermənistan

1

1

0

0

1-0

3

I

B1

Ukrayna

0

0

0

0

0-0

0

II

B2

Rusiya

-

-

-

-

-

-

-

C1

Litva

2

0

0

2

0-8

0

IV

C3

Qazaxıstan

2

2

0

0

3-0

6

I

C3

Belarus

2

0

1

1

0-1

1

III

C3

Azərbaycan

2

0

1

1

0-2

1

IV

C4

Gürcüstan

2

2

0

0

9-2

6

I

D1

Latviya

2

2

0

0

4-0

6

I

D1

Moldova

2

1

1

0

2-0

4

II

D2

Estoniya

1

1

0

0

2-0

3

II

Qeyd: ardıcıllıq liqaya, qrupa və yerə görədir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i