Bakıda yarışa gələn turistlərin xərclədikləri məbləğ: Ən azı 3000...

10 İyun 2022 09:20 Araşdırma 926
Bakıda yarışa gələn turistlərin xərclədikləri məbləğ: Ən azı 3000...

“Formula-1” Azərbaycan Qran-prisinə tamaşa etmək üçün Bakıya gələn turistlərin hər biri ölkəmizdə orta hesabla 3000 dollar pul xərcləyir.

Sportinfo.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, “Formula-1” yarışına baxmağa gələnlər adətən maddi imkanları yüksək olan fanatlardır.

“Formula-1” yarışına baxmaq üçün Bakıya gələn turistlər daha çox beşulduzlu hotellərdə qalır, ölkənin digər turizm imkanlarından istifadə edirlər.

Pandemiya dövründə müəyyən məhdudiyyətlər olduğu üçün ölkəmiz “Formula-1” yarışlarından çox da gəlir əldə edə bilmədi. Bu il keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisinə gələcək turistlərin sayı isə ən azından 2019-cu ildəki qədər olacaq”.

Ə.Qurbanov bildirib ki, “Formula-1” yarışları paytaxtda keçirildiyindən turistlər əsasən Bakıda qalırlar:

“Əvvəlki illərdə apardığımız monitorinqlərə əsasən deyə bilərik ki, həmin turistlər paytaxtın turistik yerlərində, ictimai-iaşə obyektlərində kifayət qədər pul xərcləyirlər.

“Formula-1” yarışları ilə əlaqədar əsasən Avropadan turistlərin gələcəyi gözlənilir. İyunun ilk ongünlüyündə ölkəmizdə xarici turistləri tez-tez görəcəyik”, - Assosiasiya sədri vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i