“Allaha and olsun, heç bir problem yoxdur” -  “Sportinfo”nun xəbəri narahatlıq yaratdı

9 İyun 2022 20:00 Araşdırma 1 100
“Allaha and olsun, heç bir problem yoxdur” -  “Sportinfo”nun xəbəri narahatlıq yaratdı

“O xəbəri haradan əldə etmisiniz? Kim sizə bu haqda məlumat verib?”

“Kəpəz”də Yaşar Vahabzadənin köməkçisi vəzifəsini yerinə yetirən Vidadi Rzayev Sportinfo.az-a açıqlamasında komandanı tərk etməsi ilə bağlı dolaşan xəbərə münasibət bildirib.

Saytımızda bu haqda gedən məlumatda Vidadi bəyin Vahabzadənin baş məşqçi postunda saxlanılmasına etiraz əlaməti olaraq iş yerindən ayrılması haqda xəbər dərc olunmuşdu.

Rzayevlə Vahabzadənin AFFA-nın siyasətinə görə sözlərinin çəp gəlməsi və birlikdə çalışmaqda maraqlı olmaması haqda kluba yaxın mənbədən redaksiyamıza məlumat daxil olmuşdu.

Vidadi bəy xəbərin yalan olduğunu faktla sübut edib. O, hazırda baş məşqçi ilə eyni masa arxasında əyləşib komandanın gələcək planlarını qurduğunu söyləyib.

“Qardaş, bu cür xəbərlərə inanmayın. “Kəpəz”i, Gəncə futbolunun inkişafını istəməyənlərin ortaya atdığı şayiədir.

Allaha and olsun, Yaşar müəllimlə aramızda heç bir problem yoxdur. Az qala bütün günü bir yerdəyik. Komandanı Premyer Liqaya hazırlayırıq. Aramızda problem olsa, ya da komandadan getmiş olsaq, üz-üzə oturarıq heç?”

Vidadi Rzayev xeyli vaxtdır Birinci Divizionda mübarizə aparan “Kəpəz”də baş məşqçinin köməkçisi vəzifəsində çalışır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti