Bakı quru sərhədlərini açmır: Bəs, qonşularımız?

7 İyun 2022 14:10 Araşdırma 1 087
Bakı quru sərhədlərini açmır: Bəs, qonşularımız?

Artıq iki ildən çoxdur ki, Azərbaycan koronavirusa görə qonşu ölkələrlə quru sərhədlərini bağlayıb.

Vətəndaşlar xaricə yalnız hava yolu ilə gedib-gələ bilirlər. Təkcə Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıqdır.

Bəs, Azərbaycana qonşu olan ölkələrdə vəziyyət necədir?

Axar.az bu barədə məlumatı təqdim edir:

Gürcüstan

Rəsmi Tiflis bütün qonşuları ilə - Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan - quru sərhədlərini açıb.

Rusiya

Rusiya Belarus, Monqolustan, Gürcüstan və Qazaxıstana gediş üçün quru sərhədlərini açıq elan edib. Eyni zamanda, Rusiya Çinlə də quru sərhədini açıb.

Türkiyə

Türkiyə də Azərbaycanla (Naxçıvan vasitəsilə) yanaşı digər qonşu ölkələr üçün quru sərhədlərini açıb.

İran

İran da qonşu ölkələri ilə quru sərhədlərini açıq elan edən ölkələr arasındadır.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i