Almaniya ehtiyat edir ki, Ukrayna bir neçə qələbə qazansa..."

6 İyun 2022 12:50 Araşdırma 1 224
Almaniya ehtiyat edir ki, Ukrayna bir neçə qələbə qazansa..."

Almaniyanın Ukraynaya silah göndərməməsinin ilkin səbəbləri açıqlanıb.

Bu barədə Almaniyanın “Spiegel” nəşri yazıb.

Nəşr qeyd edib ki, Almaniyanın Ukraynaya silah göndərməməsinin iki səbəbi var.

“Birincisi, Almaniya ehtiyat edir ki, Ukrayna döyüş meydanında bir neçə qələbə qazansa, “özünə inamlı” ola bilər və Rusiya ərazisinə hücum edə bilər.

Bu isə o deməkdir ki, Almaniya tankları yenidən Rusiya ərazisində olacaq”, - deyə mənbə nəşrə bildirib. Mənbə burada İkinci Dünya müharibəsində baş verən hadisələri nəzərdə tutur.

Bildirilir ki, ikinci səbəb Almaniyanın Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı olan inamsızlığıdır. Ölkənin Ukrayna Prezidentinə hansı səbəbdən inamsızlıq nümayiş etdirdiyinin səbəbi isə açıqlanmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti