Messidən karyerasında 2-ci... Ronaldo da ona həsəd aparır

6 İyun 2022 12:00 Araşdırma 879
Messidən karyerasında 2-ci... Ronaldo da ona həsəd aparır

Argentina millisi yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, bir neçə gün öncə “Finalissima”da İtaliya yığmasını 3:0 hesabıyla məğlub edən Cənubi Amerika çempionu, bu gün Estoniya ilə üz-üzə gəlib.

Qarşılaşma argentinalıların 5:0 hesablı qələbəsiylə yekunlaşıb. Qalib komandanın bütün qollarını (8, 45, 47, 71 və 76-cı dəqiqələrdə) Lionel Messi rəqib qapısından keçirib. O, karyerasında ikinci dəfə penta-trik müəllifi olub.

35 yaşlı hücumçu penta-trik sayəsində yığmadakı qol sayını 86-ya çatdırıb. O, bunun sayəsində milli komandaların ən yaxşı bombardirləri siyahısında da 4-cü yerə yüksəlib.

Messi Macarıstan millisinin sabiq hücumçusu, 84 qolu olan Ferents Puşkaşı da geridə qoyub.

İlk 3-lükdə Portuqaliya yığmasında qol sayını 117-yə çatdıran Kristiano Ronaldo, 109 qolla İran millisinin əslən azərbaycanlı hücumçusu Əli Daei və 89 qola malik Malayziyadan olan forvard Moxtar Dahari yer alıb.

Bu gün həm də Peru yığması Yeni Zelandiyaya, Kolumbiya isə Səudiyyə Ərəbistanına minimal hesabla qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti