Lənkəran və Ağsuda dedilər ki… “Futbola Qoşul”

4 İyun 2022 02:50 Araşdırma 930
Lənkəran və Ağsuda dedilər ki… “Futbola Qoşul”

2022/23-cü illər mövsümünə hazırlıqla əlaqədar oğlanlar, qızlar, həvəskarlar, Region Liqası və futzal liqalarındakı komandaların nümayəndələri və onlayn qeydiyyatını aparacaq şəxslərlə görüşlər keçirilib.

Sportinfo.az xəbər verir ki, növbəti belə treninqlər iyunun 2-də Lənkəranda, 3-də isə Ağsuda təşkil olunub.

Görüşlərdə yeni mövsüm üçün qeydiyyatın başlanması və son tarixləri, qeydiyyat zamanı yeni tətbiq ediləcək sənəd (azyaşlı həvəskar futbolçu təlim müqaviləsi), dəyişən qeydiyyat qaydaları və “Futbola Qoşul” onlayn qeydiyyat platformasında yeni tətbiq ediləcək

“Yarışların idarəetmə sistemi” bölməsi haqqında məlumatlar verilib.

“Yarışların idarəetmə sistemi” “Futbola Qoşul” onlayn qeydiyyat sistemi ilə vahid bir platfoma üzərində sinxronlaşdırılıb.

Yeni sistem futbol idarəetməsinin müxtəlif sahələrində müasir rəqəmsal idarəetmə üsullarının tətbiqini davam etdirmək və təkminləşdirmək imkanları verəcək. Bura daxildir:

Bütün yaş və səviyyələr üzrə yarışların idarəedilməsi;

Klublar tərəfindən sifarişlərin və protokolların platforma üzərindən doldurulması;

Hakimlik idarəetmə mexanizmi;

Milli komandalar.

​“Yarışların idarəetmə sistemi”nin tam tətbiqi 2023/2024-cü illər mövsümündən nəzərdə tutulur.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i