Ukrayna ordusunun yeni silahları – Rusiya vurulacaqmı?

3 İyun 2022 18:50 Araşdırma 871
Ukrayna ordusunun yeni silahları – Rusiya vurulacaqmı?

Ukrayna müdafiə müharibəsi aparır və Rusiyaya hücum etmək üçün ABŞ-ın verdiyi çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə etmək niyyətində deyil.

Bunu Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.

Onun fikrincə, Rusiyanın əsas hədəflərindən biri Ukrayna və ABŞ arasındakı etimadı zədələməkdir.

“Ukrayna müdafiə müharibəsi aparır və ona verilən reaktiv yaylım atəşi sistemlərindən Rusiyaya hücum etmək üçün istifadə etmək niyyətində deyil. Amerikalı tərəfdaşlarımız onların avadanlıqlarının harada istifadə olunduğunu bilirlər”, - Podolyak qeyd edib.

O vurğulayıb ki, bu cür niyyətlərlə bağlı istənilən iddia Rusiya xüsusi xidmət orqanlarının təbliğatına daxildir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i