12 mindən çox şəxsin Qarabağda döyüşməsi ilə bağlı məlumatlar araşdırılır

17 May 2022 23:10 Araşdırma 509
12 mindən çox şəxsin Qarabağda döyüşməsi ilə bağlı məlumatlar araşdırılır

Son günlər Vətən müharibəsində iştirak etmiş şəxslərin “Müharibə veteranı” adını ala bilməmələri ilə bağlı sosial şəbəkə vasitəsilə müraciətləri yayılmaqdadır.

Sözügedən məsələ ilə bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, indiyədək Vətən müharibəsində iştirak etmiş 76 000 nəfərə “Müharibə veteranı” adı verilib. Digər 12 616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir.

Bildirilib ki, zəruri sənədlər tam hazır olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilməsi üçün müvafiq komissiyaya təqdim ediləcək.

Qeyd edək ki, “Müharibə veteranı” adının verilməsi təsdiq olunan və adları “Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan Prezidentinin aylıq təqaüdünün (80 AZN) verilməsi 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti