“Rusiya Donbasda əhəmiyyətli itki verib” - Britaniya kəşfiyyatı

13 May 2022 18:30 Araşdırma 514
“Rusiya Donbasda əhəmiyyətli itki verib” - Britaniya kəşfiyyatı

“Rusiya qoşunları Slavyansk və Kramatorsk istiqamətlərində irəliləməyə nail olmaq üçün İzyum və Severodonetsk yaxınlığında əhəmiyyətli səylər göstərir”.

Bu barədə məlumatı kəşfiyyat materiallarına əsasən Böyük Britaniyanın Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, bu istiqamətdə rusiyalı hərbçilərin əsas məqsədi Ukrayna qüvvələrini mühasirəyə almaq və onları ölkənin qərb hissəsində yerləşən Ukrayna Silahlı Qüvvələrinin dəstəyindən təcrid etməkdir.

Bununla yanaşı, Ukrayna qüvvələri Donbasda Rusiya qoşunlarının Severski Donets çayını keçməsinin qarşısını ala bilib.

Bildirilir ki, bu zaman Rusiya əhəmiyyətli dərəcədə zirehli texnika itirib.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu