Qurban Qurbanovun sevimlisi "Qarabağ"da bunu da etdi

18 Oktyabr 2021 20:40 Araşdırma 1 522
Qurban Qurbanovun sevimlisi "Qarabağ"da bunu da etdi

"Qarabağ" Premyer Liqanın 7-ci turunda "Sabah"ı səfərdə məğlub (0:2) etdi.

Oyunda hesabı Filip Ozobiç açdı. İkinci qol isə Abdullah Zubirdən gəldi. Vurulan qol onun üçün həm də əlamətdar olub.

Belə ki, mərakeşli yarımmüdafiəçi bu qolla Premyer Liqanın ardıcıl son üç turunda da fərqlənmiş oldu.

Ölkəmizdə üçüncü mövsümünü keçirən legionerin "Qarabağ" formasında belə performans göstərməsi hələ olmamışdı.

29 yaşlı ərəbin ötən mövsüm ardıcıl iki oyunda qol vurduğu seriyalar olub, amma 3 oyunluq seriya ilk dəfə bu mövsüm yaşandı.

Zubirin növbəti tur "Səbail"lə qarşılaşmada fərqlənməklə, şəxsi seriyasını daha da yaxşılaşdıra bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti