“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan klub prezidenti həbsdə qaldı

13 Oktyabr 12:40 Araşdırma 621
“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan klub prezidenti həbsdə qaldı

Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirib.

Elşad Kəlbəliyevin vəkili müdafiə etdiyi şəxs barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin ilkin baxış iclası oktyabrın 19-na təyin olunub.

“Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni olan E.Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.

Bu il iyunun 14-də Binəqədi rayonunda onun idarə etdiyi “Range Rover”lə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil toqquşub.

Nəticədə, M.Ziyadov və sərnişinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində ölüb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:20 Pullu kişinin ac balası