Zəngəzurda Paşinyana etirazlardan sonra saxlanılanlar var

22 Aprel 2021 15:30 Araşdırma 756
Zəngəzurda Paşinyana etirazlardan sonra saxlanılanlar var

Ermənistanın Sünik bölgəsində (Zəngəzur - red.) əməliyyat-axtarış fəaliyyətinin nəticələrindən sonra bir neçə vətəndaş hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş Polis İdarəsinin rəis müavini Ara Fidanyan jurnalistlərə açıqlamasında bildirib.

Bundan əvvəl səhər saatlarında isə Mehri şəhərinin meri Mxitar Zakaryanın hüquq-mühafizə orqanları tərəfindən İrəvana aparıldığı açıqlanmışdı.

Fidanyan barəsində cinayət işi başlanılmış Zakaryanın prosessual vəziyyəti barədə suala cavabında bildirib ki, bu, istintaq prosesindən sonra aydınlaşdırılacaq. Onun sözlərinə görə, vətəndaş hüquq-mühafizə orqanlarına aparıldıqdan dərhal sonra prosessual status ala bilmir.

“Əgər hərəkətlərində cinayət tərkibinin olmadığı ortaya çıxsa, ona qarşı heç bir tədbir görülməyəcək”,-deyə Fidanyan əlavə edib.

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin cənubuna səfəri etirazlarla müşayiət olunub. Sünik bölgəsinin Əkərək kəndində Paşinyan “Nikol vətən xainidir”, “Nikol, get!” şüarları ilə qarşılanıb.

Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb. Kəndi tərk etməyə məcbur qalan Paşinyan Mehri və Kəcəranı ziyarət etməkdən də imtina etməli olub.

Ermənistan mətbuatında gedən məlumatlara görə Paşinyan təhlükəsizlik qüvvələrinin rəhbərlərinə Mehri və Əkərək şəhərlərindəki etirazların təşkilatçılarını cəzalandırmağı tapşırıb.

Digər Xəbərlər
Xəbər Lenti