“Pfizer” və “Moderna” peyvəndlərinin 81 yan təsiri AÇIQLANDI

23 Yanvar 01:10 Araşdırma 605
“Pfizer” və “Moderna” peyvəndlərinin 81 yan təsiri AÇIQLANDI

Koronavirus əleyhinə peyvəndləmə başlayandan bəri, İrlandiya Dərman İstehsalı və Paylanması Agentliyi (HPRA) ABŞ-ın “Pfizer” şirkətinin, onun almaniyalı tərəfdaşı “BioNTech”-in, eyni zamanda ABŞ-ın “Moderna” peyvəndinin 81 yan təsiri olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Irish Times” qəzeti məlumat yayıb.

“Hər növ peyvənd üçün kifayət qədər tipik olan 81 yüngül yan təsir qeydə alınıb. Bu simptomlar sürətlə keçib və tibbi müdaxiləyə ehtiyac qalmayıb”, - deyə qeyd olunur.

Ən çox görülən yan təsirlər arasında ürəkbulanma, yorğunluğun artması, oynaq ağrıları, başgicəllənmə, inyeksiya bölgəsindəki qaşınma və qızartıdır.

Bildirilir ki, hələ kəskin allergik reaksiyalar olmayıb, daha çox əhali peyvənd edilərsə, bunların baş vermə ehtimalı daha yüksəkdir.

Digər Xəbərlər
Xəbər Lenti