Baş məşqçi postundan göndərilsə, bu vəzifəyə kim təyin olunacaq?

20 Noyabr 2020 01:52 Almaniya 1 076
Baş məşqçi postundan göndərilsə, bu vəzifəyə kim təyin olunacaq?

“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik Almaniya yığmasını çalışdıra bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Almaniya milli komandasında son İspaniya məğlubiyyətindən sonra baş məşqçi Yoahim Lövün yığmadakı gələcəyi sual altındadır. Löv baş məşqçi postundan göndərilsə, bu vəziyəfə Flikin təyin olunacağı gözlənilir.

Flik “Bavariya”dan əvvəl Almaniya yığmasında Lövün köməkçisi idi.

Almaniya millisi dünən UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində İspaniyaya 0:6 hesabıyla uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM