Heç nə yemir, 24 saat yataqda uzanır - Əfsanəvi futbolçunun vəziyyəti ağırlaşdı

3 Noyabr 2020 19:00 Almaniya 1 530
Heç nə yemir, 24 saat yataqda uzanır - Əfsanəvi futbolçunun vəziyyəti ağırlaşdı

Almaniya yığmasının sabiq futbolçu Herd Müllerin sağlıq durumu qaydasında deyil.

Sportinfo.az xəbər verir ki, bu barədə Müllerin həyat yoldaşı məlumat verib.

Müller altsheymer xəstəliyindən əziyyət çəkir. O, məşhur futbolçunun demək olar ki, qida qəbul etmədiyini bildirib:

“Heç nə yemir, çətinliklə qida qəbul edir. 24 saat yataqda uzanır. Hərdən bir neçə dəqiqə gözlərini açır. Gözləri ilə “hə”, “yox” jestini edir.

O, ömrü böyü döyüşçü, cəsur olub. İndi də elədir. Gözlərini yumur, nadir hallarda ağzını açır, püre qəbul edir. Çox sakitdir, düşünmürəm ki, əziyyət çəkir. O, sakitcə yuxuya gedir”.

Digər Xəbərlər
Xəbər Lenti