Geri götürdülər: ”Bu, o deməkdir ki, artıq təklif yoxdur”

2 Noyabr 2020 19:00 Almaniya 600
Geri götürdülər: ”Bu, o deməkdir ki, artıq təklif yoxdur”

“Bavariya” David Alabaya yeni müqavilə ilə bağlı təklifini geri götürüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bavriya”nın prezidenti Herbert Hayner məlumat verib.

O, futbolçudan cavab almadıqları üçün bu addımı atdıqlarını bildirib:

“Biz ona, indiki çətin dövrdə, həqiqətən də yaxşı, ədalətli, rəqabətli bir təklif etdik. Son görüşümüzdə Davidin agentinə oktyabrın sonuna qədər cavab istədiyimizi söylədik.

Bundan sonra idman direktorumuz oyunçunun agenti ilə əlaqə qurdu və o, təklifin hələ də qənaətbəxş olmadığını bildirib “daha çox düşünməliyik” cavabını verdi.

Bun dan sonra biz də bu təklifi gündəmdən çıxartmağa qərar verdik. Bu, o deməkdir ki, artıq təklif yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti