PUL ÜSTÜNDƏ - Üçüncü dəfə də razılıq əldə olunmadı

28 Oktyabr 2020 15:18 Almaniya 905
PUL ÜSTÜNDƏ - Üçüncü dəfə də razılıq əldə olunmadı

“Bavariya” ilə David Alaba arasındakı danışıq nəticəsiz ykunlaşıb.

Sportinfo.az xəbər verir ki, tərəflər yeni müqavilə il bağlı məsələni müzakirə ediblər. Amma maliyyə şərtlərində razılıq əldə olunmayıb.

Bu, futbolçu ilə keçirilən üçüncü danışıqdır və hər biri nəticəsiz qalıb. Bir müddət əvvəl məlumat yayılmışdı ki, “Yuventus” Alaba ilə prinsipial razılıq əldə edib.

Onunla bir sıra Avropa nəhəngləri – “Mançester Yunayted”, “Mançester Siti”, PSJ maraqlanır. Alaba “Bavariya”da 2011-ci ildən çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM