“Barselona”dan ayrılsa belə, köhnə klubuna dönməyəcək

21 Oktyabr 2020 09:42 Almaniya 725
“Barselona”dan ayrılsa belə, köhnə klubuna dönməyəcək

“Barselona” hücumçusu Antuan Qrizmann sabiq komandası “Atletiko”ya qayıtmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə fransalı futbolçunun meneceri Ektor Fernandes İspaniya mətbuatına açıqlamasında məlumat verib.

O, Qrizmannın Madrid klubuna qayıdacağı ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirib.

Antuan Qrizmann “Barselona”ya ötən il 120 milyon avro qarşılığında “Atletiko”dan keçib. Onunla PSJ və "Yuventus"un maraqlandığı iddia edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti