"Bağışlayın, bu nədir, UEFA-nın zarafatı? Onu bizdən uzaq tutun”

20 Oktyabr 2020 13:40 Almaniya 736
"Bağışlayın, bu nədir, UEFA-nın zarafatı? Onu bizdən uzaq tutun”

“Bavariya azarkeşləri UEFA-nın qərarından narazıdırlar.

Sportinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrupunda “Atletiko” ilə keçiriləcək oyuna ingilis hakim Maykl Oliveri təyin edib.

Maykl “Liverpul” – “Everton” qarşılaşmasında kobud səhvlə yadda qalıb.

“Everton”un qapıçısı Cordan Pikford “Liverpul”lu Vircil van Deyki ağır zədələyib. Ancaq hakim bu epizoda görə Pikfordu cəzalandırmayıb.

Belə kobud səhvə yol verən hakimin ÇL-in qarşılaşmasına təyinat alması “Bavariya” azarkeşlərini qıcıqlandırıb. Bununla bağlı “Bavariya”nın fanat saytlarından birində belə yazılıb:

“Bağışlayın, bu nədir, UEFA-nın zarafatı? Bu adam mersisayd derbisində qorxunc idi. Onu bizdən uzaq tutun”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi