“Yuventus” “Bavariya”nın bu futbolçusunu istəyir

13 Oktyabr 2020 17:38 Almaniya 489
“Yuventus” “Bavariya”nın bu futbolçusunu istəyir

“Bavariya”nın müdafiəçisi David Alaba komandadan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, “Yuventus” 28 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, “qoca sinyora” futbolçunu azad agent kimi transfer etmək niyyətindədir. Alabanın Münhen klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.

Hələ ki, “Bavariya” ilə yeni müqavilə üçün razılığa gələ bilməyən futbolçu, yanvardan etibarən istənilən klubla danışıqlar apara bilər.

Alaba 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur. Onun xidmətində PSJ də maraqlıdır.

Digər Xəbərlər
Xəbər Lenti