Direktorla klub arasında yeni müqavilə imzalandı

13 Oktyabr 2020 11:06 Almaniya 395
Direktorla klub arasında yeni müqavilə imzalandı

“Borussiya” (Dortmund) Sebastyan Kel ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən, Sebastyan 2022-ci ilin sonuna qədər Dortmund təmsilçisinin direktoru kimi çalışmağa davam edəcək. 40 yaşlı mütəxəssis 2018-ci ildən “Borussiya”da çalışır.

Almaniya yığmasının sabiq yarımmüdafiəçisi karyerasının böyük hissəsini (2002-2015) məhz “Borussiya”da keçirib.

Digər Xəbərlər
Xəbər Lenti