“İndi heç nəyə qərar verilməyəcək, bu, daha sonra olacaq”

10 Fevral 18:40 Almaniya 1 184
“İndi heç nəyə qərar verilməyəcək, bu, daha sonra olacaq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 24-cü turunda 2-ci pillədəki “Jirona”ya qarşı keçirəcəkləri matç barədə danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis bu görüşün çempionluğun taleyini həll etməyəcəyini deyib:

“Bu gün kim qalib gəlsə, üstünlük qazanacaq. Amma hələ mövsümün sonuna qədər çox vaxt var.

Hər iki klub yaxşı vəziyyətdədir və bu matçın nəyisə həll edəcəyini düşünmürəm. Ən əsası odur ki, iki komandadan biri digərləri üzərində üstünlük qazana bilsin.

Bu oyunda heç nəyə qərar verilməyəcək. Bu, daha sonra olacaq”.

Hazırda İspaniya çempionatının turnir cədvəlinə 58 xalla “Real” liderlik edir. “Jirona” 56 xalla 2-ci pillədə qərarlaşıb.

Bu komandalar arasında matç bu gün keçiriləcək və saat 21:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti