Almaniya Super Kubokunu da “Bavariya” qazandı

1 Oktyabr 2020 00:28 Almaniya 716
Almaniya Super Kubokunu da “Bavariya” qazandı

Almanya Super Kubokunun yeni qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 2020-ci ilin Super Kubok matçı “Bavariya” ilə Dortmund “Borussiya”sı ilə qarşılaşıb.

Beş qolun qeydə alındığı matç dortmundluların məğlubiyyəti ilə bitib – 2:3. Beləcə, “Bavariya” növbəti titulunu qazanıb. Bu, komandanın il ərzində 5-ci tituludur.

Avropada Çempionlar Liqası və Super Kuboka yiyələnən “Bavariya” Almaniyada çempionluqla kubokun ardından Super Kubokun da qalibi olub.

Ötən il də Almaniya Super Kubok matçında bu iki klub üz-üzə gəlmişdi. Həmin oyunda “Borussiya” qalib gəlmişdi.

"Borussiya" – "Bavariya" 2:3

Qol: Brandt, 39. Haland, 55 - Tolisso, 18. Müller, 32. Kimmix, 82.

Digər Xəbərlər
Xəbər Lenti