Qvardiol Bundesliqa klubu ilə müqavilə bağladı

30 Sentyabr 2020 09:56 Almaniya 472
Qvardiol Bundesliqa klubu ilə müqavilə bağladı

“Leyptsiq” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Zaqreb “Dinamo”sundan Yoşko Qvardiolu transfer edib.

18 yaşlı xorvat futbolçu ilə 6 illik anlaşma əldə olunub. Amma Qvardiolun bu mövsümün sonuna qədər “Dinamo”nun uğurları üçün çalışmağa davam edəcək.

O, “Leyptsiq”ə 2021-ci ilin yayında qoşulacaq. Müdafiəçi olan Qvardiol “Dinamo”nun öz yetirməsidir. Xorvatiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış futbolçu hazırda U-21-in üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti