Millimizin futbolçusu yeni mövsümə yaxşı başladı - VİDEO

20 Sentyabr 2020 21:40 Almaniya 918
Millimizin futbolçusu yeni mövsümə yaxşı başladı - VİDEO

Almaniya Bundesliqa II-də 2020/21 mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Aue” ilk oyununu səfərdə keçirib.

“Vurzburger”in qonağı olan komanda mövsümə böyükhesablı qələbə ilə başlayıb – 3:0. Start heyətində meydana daxil olan Nazarov 75-ci dəqiqədə, komandası 2:0 hesabı ilə öndə olarkən əvəzlənib.

“Aue” II tur çərçivəsində sentyabrın 25-də “Qreyter Fürt”ü qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti