Nazarovun komandasından Almaniya kubokuna erkən vida

13 Sentyabr 2020 00:14 Almaniya 938
Nazarovun komandasından Almaniya kubokuna erkən vida

Almaniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Ulm” ilə qarşılaşıb. Nazarovun komandası bu oyunda 0:2 hesabıyla məğlub olub. Bununla da Aue təmsilçisi kubokla erkən vidalaşıb.

Dmitri də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM