Yeni transfer maaşından imtina etdi: “Məqsədim pul qazanmaq deyil”

7 Sentyabr 2020 00:00 Almaniya 1 221
Yeni transfer maaşından imtina etdi: “Məqsədim pul qazanmaq deyil”

“Şalke”nin yeni transferi Vedad İbişeviç məvacib almadan oynayacaq.

Sportinffo.az xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu özü açıqlama verib.

İbişeviç məqsədinin pul qazanmaq olmadığını və oynamağa davam etmək istədiyini deyib:

“Məqsədim pul qazanmaq deyil, oynamaq istəyirəm. Klub rəhbərliyi ilə danışdıq və məvacib almayacam. Sadəcə, tibbi siğorta üçün lazım olan məbləği verəcəklər. Məvacibimi xeyriyyə işlərinə sərf edəcəm və bonuslar üçün oynayacam”.

Daha əvvəl “Hoffenhaym”, “Ştutqart”, “Herta” kimi klublarda forma geyinən İbişeviç, “Şalke” ilə bir illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM