"40 yaşıma qədər oynayacağımı hiss edirəm"

2 Sentyabr 2020 01:38 Almaniya 753
"40 yaşıma qədər oynayacağımı hiss edirəm"

"Bavariya"nın hücumçusu Robert Levandovski gələcək karyerasından danışıb.

Sportinfo.az xəbər verir ki, polşalı futbolçu 40 yaşına qədər futbol oynayacağını deyib:

"Bavariya" ilə 2023-cü ilə qədər müqaviləm var, ancaq bu, son sözləşməm deyil. Burada karyeramı bitirmək istəyirəm. Ancaq qarşıda çox illər var. 32 yaşım olsa da, özümü belə hiss etmirəm.

Özümü 26 yaşımdakı halımdan da yaxşı hiss edirəm. Son illərdə optimal səviyyəyə qalxmışam. Bəlkə də daha 8 il oynaya bilərəm. 40 yaşıma qədər oynayacağımı hiss edirəm".

Levandovski ötən mövsüm keçirdiyi 46 oyunda 55 qol vurub, 10 məhsuldar ötürmə edib. 32 yaşlı futbolçu komandası ilə Bundesliqa, Almaniya kuboku və Çempionlar Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti