Yığmamızı tək buraxdı, “Bavariya” üzərində darmadağına sevindi

30 Avqust 2020 22:00 Almaniya 1 387
Yığmamızı tək buraxdı, “Bavariya” üzərində darmadağına sevindi

“Ersgebirge” daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Aue təmsilçisi “Bavariya”nın ikinci komandası ilə qarşılaşıb.

Nazarovun komandası bu oyunda darmadağına sevinib – 3:0. Dmitri də bu görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana buraxılıb.

Dmitri Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edib və qarşılıqlı razılıq əsasında UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunları üçün təlim-məşq toplanışında iştirak etməməsi barədə qərar qəbul olunub.

Digər Xəbərlər
Xəbər Lenti