"Deyəsən, getmək istəyir, belə davam edərsə, bu, ağrılı olacaq"

30 Avqust 2020 15:40 Almaniya 983
"Deyəsən, getmək istəyir, belə davam edərsə, bu, ağrılı olacaq"

“Bavariya”nın idarə sədri Karl-Hayns Rummenigge futbolçuları Tiaqo Alkantaranın komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, 29 yaşlı yarımmüdafiəçi üçün transfer təklifi gözlədiklərini deyib:

“Tiaqo deyəsən, “Bavariya”dan getmək istəyir. Qarşıdakı günlərdə onun üçün təklif gözləyirik. Hər şey belə davam edərsə, bu, ağrılı olacaq”.

Münhen təmsilçisi ilə 2021-ci ilin yayınadək müqaviləsi olan T.Alkantaranı “Liverpul” da heyətinə qatmaq istəyir. T.Alkantara 2013-cü ildən “Bavariya”da oynayır. O, ötən mövsüm 24 matça çıxaraq 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu