"Messinin "Barselona"dan ayrılacağını eşitdim, məyus oldum"

28 Avqust 2020 12:16 Almaniya 847
"Messinin "Barselona"dan ayrılacağını eşitdim, məyus oldum"

"Barselona"nın ulduzu Lionel Messi ilə müqavilənin imzalanması "Bavariya"nın fəlsəfəsinə uyğun deyil.

Sportinfo.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin Direktorlar Şurasının sədri Karl-Haynts Rummenigge "Tuttosport" nəşrinə açıqlamasında deyib.

Funksioner bildirib ki, belə böyük oyunçuya ödəniş edə bilməzlər. Rummenigge bunun klubun fəlsəfəsinə və siyasətinə uyğun olmadığını sözlərinə əlavə edib:

"Messinin "Barselona"dan ayrılacağını eşidəndən sonra məyus oldum. O, klubda tarix yazıb, karyerasını burada baş vurmalı idi. Bilmədiyimiz daxili və xüsusi səbəblər var, buna qarışmamalıyam".

Lionel Messi 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Messi bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də, klub bundan imtina edib.

Digər Xəbərlər
Xəbər Lenti