Almaniya millisinin üzvü 32 yaşında karyerasını başa vurdu

3 Avqust 2020 13:26 Almaniya 954
Almaniya millisinin üzvü 32 yaşında karyerasını başa vurdu

Almaniya millisinin futbolçusu Sandro Vaqner karyerasını bitirib.

Sportinfo.az "Bild"ə istinadla xəbər verir ki, 32 yaşlı futbolçu məşqçi olmağı planlaşdırdığını açıqlayıb.

Sandronun son klubu Çin təmsilçisi “Tyantsin Teda” olub. O, “Verder”, “Hoffenhaym”, “Bayern” (Münhen), “Herta” kimi klublarda da çıxış edib.

Vaqner Almaniya millisində keçirdiyi 8 oyunda 5 qol vurub. Hücumçu qollardan birini DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin qapısından keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar