"Hər kəsi təəccübləndirdi"

28 Avqust 2023 07:20 Cüdo 1 486
"Hər kəsi təəccübləndirdi"

"Xədicə Qədəşova “sumi gaeşi” fəndi ilə hər kəsi təəccübləndirdi".

Sportinfo.az xəbər verir ki, bunu Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytı Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatının ikinci gününə həsr olunmuş məqalədə yazıb.

Qurum Qədəşovanın finaldakı rəqibi fransalı Alisia Pulanjın güclü idmançı olduğunu bildirib:

"Mübarizə "qızıl xal" bölümünə qədər uzandı və Fransa idmançısının daha çox enerjili olduğu görünürdü.

Gərgin mübarizə 3 dəqiqə 13 saniyə davam etdi, amma sonda Qədəşova “sumi gaeşi” fəndi ilə hər kəsi təəccübləndirdi".

EJU 60 kq-da Məhəmməd Musayevin, 66 kq-da isə Əbil Yusubovun gümüş medal qazanmasına da toxunub:

"Öz çəkisində birinci olan Məhəmməd Musayev turnirdə qızıl medalı hədəfləmişdi. Lakin o israilli idmançı İsaq Aşpiz ilə finalda çətinliklə üzləşdi.

Hər iki cüdoçu qarşılaşma zamanı bəzi səhvlərə yol verdi, çox güman ki, onlar həyəcanlı idilər. Son anda Musayev hücuma keçsə də, Aşpiz cavab verərək xal əldə etdi.

Musayevin dirsəyini yerə qoyması isə üçüncü cərimə xalı ilə nəticələndi. 66 kq-da Əbil Yusubov reytinqini qoruyub saxlamağı hədəfləyirdi.

Lakin polşalı Simon Sulik 40 saniyə ərzində dünya çempionluğunu təmin etdi".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!