İlk rəqibi bilindi - FOTO

27 İyul 2020 21:00 Almaniya 942
İlk rəqibi bilindi - FOTO

Almaniya Kubokunda 2020/2021 mövsümünün 1/32 final mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge"nin də rəqibi müəyyənləşib.

Aue təmsilçisi ilkin mərhələdə regional liqa klubu "Vürttemberq"lə qarşılaşacaq. Bu mərhələdə diqqət çəkən digər qarşılaşma isə Rur derbisi olacaq.

Amma püşk Dortmund "Borussiya"sı ilə "Şalke"ni yox, həmin bölgədəki digər komanda olan "Duysburq"u üz-üzə qoyub. 1/32 finalın oyunları 11 - 14 sentyabrda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti