Azərbaycanlı agent: “Şahini Rusiya klublarına təklif etdim, yaxın duran olmadı"

27 İyul 2020 18:48 Almaniya 1 175
Azərbaycanlı agent: “Şahini Rusiya klublarına təklif etdim, yaxın duran olmadı"

Azərbaycanlı futbol agenti Ramil Adıgözəlov türkiyəli yarımmüdafiəçi Nuri Şahini Rusiya klublarına təklif etməsi barədə danışıb.

bu barədə “Çempionat” saytı məlumat yayıb.

Menecer bildirib ki, N.Şahin Rusiya üçün olduqca yüksək məbləğ tələb edib: “Mən Nuri Şahinin agenti deyiləm, lakin onun agenti tanışlar vasitəsilə mənimlə əlaqə yaratdı.

Üstəlik Türkiyə bazarını tanıyan daha bir azərbaycanlı vardı. O da bizi bir araya gətirdi. Bu uşaqlar Rusiya bazarında maraqlı idi. Mən Nurini bir neçə kluba təklif etdim, ancaq hər yerdə imtina etdilər.

Bəziləri hətta dəstəyi də götürmədi. Bəziləri baxdılar, ancaq yenə cavab vermədilər. Hərənin öz maraqları var. Bir az “Dinamo” reaksiya verdi. “Rubin” və “Krasnodar” imtina etdilər.

“Lokomotiv” də “Rubin” kimi cavab verdi. Onlarda legionerlər üçün yer yoxdur. “Krasnodar” isə bu mövqeyə oyunçu axtarmadığını bildirdi”, - deyə, R.Adıgözəlov bildirib.

Digər Xəbərlər
Xəbər Lenti