"Əgər siz məşqçi axtarırsızsa, o…"

2 İyul 2020 13:26 Almaniya 609
"Əgər siz məşqçi axtarırsızsa, o…"

“Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge “Liverpul”un baş məşqçisi Yurgen Klopp barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Rummenigge Kloppun uğurlarına görə sevindiyini bildirib.

O, Yurgeni “Bavariya”ya nəyə görə dəvət etmədiklərini də açıqlayıb: “Biz hər dəfə baş məşqçi axtaranda Kloppun qüvvədə olan müqaviləsi vardı. Amma onu da yaddan çıxartmayaq ki, biz də son illərdə top-məşqçilərlər – Yupp Haynkes, Pep Qvardiola, Lui van Qal və Hans-Diter Fliklə işləmişik.

Əgər siz məşqçi axtarırsızsa, o, müəyyən müddət üçün uyğun olmalıdır. Mən həmişə əmin olmuşam ki, Klopp Avropanın 3-4 ən yaxşı məşqçisindən biridir.

O, ÇL-i qazanada çox sevindim. İndi isə Premyer Liqanın qalibi olub. Buna görə də özümü xoşbəxt hiss edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti