Sanço het-trik etdi, "Borussiya" 6 qolla qalib gəldi - VİDEO

1 İyun 2020 00:00 Almaniya 601
Sanço het-trik etdi, "Borussiya" 6 qolla qalib gəldi -  VİDEO

Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Dortmund "Borussiya"sı səfərdə "Paderborn"a 6:1 hesabı ilə qalib gəlib.

Bundesliqada turnir cədvəlinə 67 xalla "Bayern" başçılıq edir. Dortmund "Borussiya"sı 60 xalla 2-cidir. 19 xalı olan "Paderborn" sonuncu - 18-ci sırada qərarlaşıb.

"Paderborn" - "Borussiya" 1:6

Qollar: Hünemeyer, 72 (pen.) - Torqan Hazard, 54, Ceydon Sanço, 57, 74, 90+2, Əşrəf Hakimi, 85, Marsel Şmeltser, 89

Digər Xəbərlər
Xəbər Lenti