Azərbaycanın titullu klubu rəzil durumda - VİDEO

28 Sentyabr 2023 09:40 II Divizion 778
Azərbaycanın titullu klubu rəzil durumda - VİDEO

Azərbaycan II Liqasında IV turun oyunları keçirilir.

İlk 3 turda məğlubiyyətlə üzləşən "Şəfa" və "Şəmkir" Binədə üz-üzə gəlib.

Bu yay fəaliyyətini bərpa edən komandaların duelindən ev sahibləri 3:2 hesablı qələbə ilə ayrılıb.

25-ci dəqiqədə Asim Quliyev cərimə meydançası həndəvərindən gözəl qolla toru silkələyib. Qonaqlar 39-cu dəqiqədə maraqlı hücum təşkil edib və yekunda Elgün Namazov hesabı bərabərləşdirib.

O, fasilədən sonra daha bir fərqlənib. Buna rəğmən, «Şəfa» oyunu yenidən öz tərəfinə çevirə bilib. Elşəm Mirzəzadə 79-cu dəqiqədə tarazlığı bərpa eləyib.

Onun vuruşunun qol olmasında Nicat Mahmudov da «pay sahibi» olub. Şəmkirlilərin qapıçısı yaxın küncə istiqamətləndirilən topu əllərinin arasından tora buraxıb.

Bundan 2 dəqiqə keçmiş İbrahim Yusifov səhnəyə çıxıb. Yarımmüdafiəçi uzaq məsafədən əla zərbəylə «doqquzluğ»u dəqiq nişan alıb.

Mövsümdə ilk qələbəsini qazanan "Şəfa" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Bütün oyunlarda uduzan üçqat ölkə çempionu "Şəmkir" isə sonuncu yerdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"