Yeni tərəfdaş tapdılar, hər ay bu qədər ödəmə edəcək

09:40 II Divizion 139
Yeni tərəfdaş tapdılar, hər ay bu qədər ödəmə edəcək

II Liqada dördüncü mövsümünü keçirən «Şəmkir» yeni tərəfdaşla anlaşıb.

Rayonda fəaliyyət göstərən biznes qurumu kluba maliyyə dəstəyi verməyə razılaşıb.

Həmin ticarət obyekti hər ay «ağ-qaralar»a 2000 manat vəsait ödəməyi öz üzərinə götürüb. Göstərilən məbləğ futbolçuların maaşlarının qarşılanmaısna sərf olunacaq.

Vaxtilə iki dəfə ölkə çempionu olmuş qərb təmsilçisi hazırda doğma rayondan uzaq düşüb. Külli miqdarda borcları var.

Yerli Olimpiya Kompleksinə də həmçinin. Həftədə 3 dəfə paytaxtda məşq keçən komanda rəqiblərini Şamaxıda qəbul etmək məcburiyyətində qalıb.

Şəmkir elitası kluba arxa çevirib. Heç kim kömək etmir.

«Şəmkir» bütün ağırlığı ilə Adil Əliyevin üzərinə çöküb. Sözügedən iş adamı hansı həmkarından dəstək istəyirsə, «yox» cavabı alır.

Bu üzdən o, «Şəmkir»in satmağa hazırdır, 150 min manat verən olsa, təsisçilik payı 100 faiz əl dəyişəcək.

Hələlik belə niyyətdə olan da üzə çıxmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!