Klub rəhbərinin oğlundan baxımlı qol - VİDEO

6 Sentyabr 23:45 II Divizion 636
Klub rəhbərinin oğlundan baxımlı qol - VİDEO

«Dinamo» II Liqanın açılış turunda «Difai»nin qonağı olub.

Matç qarşılıqlı hücumlar şəraitində keçib.

«Neftçi»nin təlim-məşq bazasında nominal ev sahibi statusunda çıxış edən «fədailər»i bu oyuna Adil Mahmudov çıxarıb.

Lakin onun 2 ildən sonraya təsadüf eləyən qayıdışı uğurlu alınmayıb. Qonaqlar 3 dəfə fərqlənib, «Difai»nin gücü isə yalnız təsəlli qoluna çatıb.

«Polislər»in heyətində Valeh Seyidov dubla imza atıb. Klubun İdarə Heyətinin sədri Yaşar Seyidovun kapitan oğlu baxımlı qolla diqqətləri yenə özünə çəkib.

«Dinamo»nun hücumçusu Amil Nurəhmədov isə bu oyundan sonra Bakıdakı xəstəxanaların birində əməliyyat olunub.

Həkimlərin cərrahi müdaxiləsinə səbəb onun aldığı ciddi xəsarətlərdir. Belə ki, forvard 82-ci dəqiqədə rəqibin kobud müdaxiləsinə məruz qalıb.

Məmməd Məmmədov tərəfindən yerə çıxırdılan ön xətt oyunçusu dəmir arakəsməyə çırpılıb. Nəticədə əl, üz və ayağından ağır zədə alıb.

Təcili Tibbi Yardımla qan içində stadiondan xəstəxanaya aparılan Amilin üzünə 6, əlinə 5, ayağına 7 tikiş qoyulub.

21 yaşlı hücumçu görüşün 69-cu dəqiqəsində Nuran Muradlının əvəzinə meydana daxil olub. Bu olay üzündən 82-ci dəqiqədə yerini Murad Rüstəmova vermək məcburiyyətində qalıb.

O, 1-2 ay ərzində yaşıl sahələrdən kənarda qalacaq. Psixoloji travma da alan gənc bu müddətdə reablitasiya kursu keçəcək.

SPORTİNFO.AZ

“Difai” - “Dinamo” 1:3

Palms Sports Futbol Mərkəzi (IV meydança). 100 tamaşaçı
Baş hakim: Pərviz İbrahimov
Baş hakimin köməkçiləri: Vüsal Xəlilzadə, İlkin Mustafazadə
Dördüncü hakim: Mehdi Yusifov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Elvin Qurbanov, 41 (hakimin qərarına etiraz) // Tariq Hajjaj, 42 (qeyriidman hərəkəti); Xəyal Qocayev, 54 (qeyri-idman hərəkəti)
Qollar: Enar Ağalarov, 90+1 // Zöhrab Bayramov, 16; Valeh Seyidov, 45+1, 62 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Difai”
1. Ümid Paşayev
7. Rəşid Rəşidli
(9. Azər Xəlilzadə, 46)
11. Yaqub Yusubov
20. Ayxan Salamzadə
10. Məmməd Məmmədov
90. Ayxan Qaracayev
27. Firudin Rzayev
3. Nihad Əliyev (k)
(24. Riad Nağıyev, 66)
21. Emil Binyətzadə
(32. Gülağa Mirzəyev, 88)
44. Miraqşin Abasov
(5. Zöhrab Əsədov, 46)
17. Elvin Qurbanov
(77. Enar Ağalarov, 56)
Ehtiyat oyunçular:
12. Fazil Həsənzadə
71. Fəzail Şirxanzadə
55. Ümid Qəhrəmanov
16. Emil Rəhimli
Baş məşqçi: Adil Mahmudov

“Dinamo”
1. İbrahim Bağırov
14. Xəyal Qocayev
20. Valeh Seyidov (k)
10. Ziya Məmmədli
(88. Nicat Nəsirli, 89)
4. Raul Musayev
9. Tariq Hajjaj
(22. Rəhim Mustafayev, 69)
7. Zöhrab Bayramov
3. Ayxan Mustafazadə
44. Əli Məmmədli
6. Nuran Muradlı
(11. Amil Nurəhmədov, 69)
(2. Murad Rüstəmov, 82)
8. Rəsul Məmmədli
Ehtiyat oyunçular:
12. Sübhan İbadov
13. Ruslan Hüseynov
5. Nihad Həsənzadə
99. Yadigar Qarayev
16. Talıb Ramazanov
15. Rəşad Musayev
55. Mustafa Şükürov
Baş məşqçi: İbrahim Uzunca

Digər Xəbərlər
Xəbər Lenti